Şəmkir Gənclər Evindən daha bir nəcib aksiya (FOTOLAR)

Şəmkir Gənclər Evindən daha bir nəcib aksiya (FOTOLAR)

Şəmkir Gənclər evi müqəddəs Qurban bayramı ilə əlaqədar Şəmkir rayonunun aztəminatlı, qayğıya ehtiyacı olan ailələrinə bayram sovqatı paylayıb.

Qaynarinfo xəbər verir ki, onlarla ailəyə bayram sevinci bəxş edən Gənclər Evinin əməkdaşları aksiya zamanı ara məsafəsini gözləyərək, karantin qaydalarına ciddi riayət ediblər.

Aksiya barədə danışan Şəmkir Gənclər Evinin direktoru İlkin Musayev bildirib ki, ümimilikdə aksiya zamanı onlarla ailəyə baş çəkiblər: "Heydər Əliyev Fondunun təşəbbüsü ilə baş tutan "Biz birlikdə güclüyük” devizi altında xeyriyyə aksiyalarına dəstək məqsədilə bayram sovqatı payladıq. Müqəddəs Qurban bayramı ilə əlaqədar ehtiyacı olan onlarla ailəyə yardım etdik. Gələcəkdə də bu cür xeyriyyə aksiyalarını davam etdirmək niyyətindəyik. Fürsətdən istifadə edərək, başda Möhtərəm Cənab Prezident İlham Əliyev və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva olmaqla bütün dünya azərbaycanlılarını Qurban bayramı münasibətilə təbrik edirəm! Qoy Azərbaycanımız daha güclü, daha firavan, daha qüdrətli olsun! Torpaqlarımız tezliklə işğaldan azad olunsun! Azərbaycan ordusu zəfər qələbəsi əldə etsin!”.
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR