Xəbər lenti

Senat Obamanı rədd etdi
Dünya 11:15 15.02.2013

Senat Obamanı rədd etdi

ABŞ-da Respublikaçı senatorlar prezident Barak Obamanın müdafiə naziri postuna namizəd irəli sürdüyü Çak Hageli rədd ediblər.

Qaynar.info-nun məlumatına görə, özü də Respublikaçılar Partiyasının üzvü olan Hagel səsvermə zamanı lazım olan 60 səsi toplaya bilməyib. Onun üçün keçirilən səsvermədə 58 nəfər lehinə, 40 nəfər isə əleyhinə səs verib. Demək olar ki, bütün Respublikaçılardan səs ala bilməyən Hagel üçün növbəti səsvermə fevralın 26-da keçiriləcək.

Respublikaçı senatorlar səsvermədən əvvəl Obamanın Benqazi hadisəsinin baş verdiyi zaman hər hansı liviyalı rəsmi ilə danışıb-danışmadığı haqqında onlara məlumat verilmədiyi müddət ərzində Hagelin namizədliyini təsdiqləməyəcəklərinin bildirmişdilər.

Onların bu tələblərinə uyğun olaraq, Ağ Ev yazılı açıqlama yaysa da, senatorlar bu açıqlamanı yetərli hesab etməyərək, Hagelə səs verməyiblər.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->