Ölkə 12:54 24.09.2021

Sənədsiz fərdi yaşayış evlərinin uçota alınması prosesi nə yerdədir? – Əmlak eksperti

"Hazırda, sənədsiz fərdi yaşayış evlərinin uçota alınması prosesi sürətli şəkildə həyata keçirilir".

Bu sözləri Qaynarinfo-ya sənədsiz evlərin hazırkı vəziyyəti barədə danışan əmlak məsələləri üzrə ekspert Mirdaməd Əzizov deyib.

O bildirib ki, pandemiya ilə əlaqədar olaraq sənədsiz tikililərin inventarlaşması prosesində gecikmələr olub:


"İndiyədək iki yüz mindən çox mənzilin uçota alınması prosesi tamamlanıb. Azərbaycan Respubilkasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət xidmətinin məlumat bazasına 267 mindən artıq sənədsiz fərdi yaşayış evinin uçota alınmasına dair məlumat daxil olub. Sənədsiz evlərin qeydiyyata alınması prosesi yerində aparılır. Bununla bağlı yerli icra hakimiyyəti orqanları yanında xüsusi komisiyalar yaradılıb ki, sənədsiz evlərin uçotunu apararaq hesabat şəkilində İqtisadiyyat Nazirliyi yaninda Əmlak Məsələləri Dövlət xidmətinə təqdim edirlər. Bildiyiniz kimi, məlum pandemiya ilə əlaqədar olaraq sənədsiz tikililərin inventarlaşması prosesində gecikmələr oldu. Lakin hazırda bu proses sürətlə davam edir və inventarlaşma prosesindən sonra nəticələri təhlil edərək kütləvi çıxarışların verilməsinə başlanılacaq”.
 
Xəyal Abdullayev