"Sentra" MMC Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən qızğın döyüşlərlərdə ordumuza uğurlu əməliyyatına dəstək olmaq məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna 100 min manat vəsait köçürüb.
Fond ölkə prezidentinin 17 avqust 2002-ci il tarixli fərmanı ilə yaradılıb. Fondun əsas vəzifəsi ölkənin etibarlı müdafiəsi üçün Silahlı Qüvvələrin inkişafını və onun maddi-texniki bazasının möhkəmləndirilməsini, həmçinin hərbi qulluqçuların sosial müdafiəsinin daha da gücləndirilməsini təmin etməkdir.
2011-ci ildə yaradılmış "Sentra” şirkəti geniş mühəndis heyəti və istehsal gücünə arxalanaraq bir sıra mühüm layihələr həyata keçirmək imkanlarına malikdir. Layihələrə, əhaliyə qazın daha keyfiyyətli və təhlükəsiz şəkildə verilməsi məqsədilə qaz paylama stansiyalarının daha müasir Modul tipli qaz paylama stansiyaları ilə əvəz olunması və odorizasiya qurğularının quraşdırılması, qaz paylama stansiyalarını təhlükəsiz və rahat şəbəkə şəklində idarə etmək məqsədilə SCADA sistemlərinin qurulması, neft-qaz yataqlarında nəzarət ölçü cihazları və avtomatika avadanlıqlarının istehsalı, qurulması və servis xidmətinin göstərilməsi, zəif axım, elektrik və yanğın mühafizəsi sistemlərinin qurulması və s. şirkətin fəaliyyət sferasını əhatə edir.
Şərhlər