Güney Azərbaycanın Savalan dağında onlarla azərbaycanlı milli-mədəni fəal İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) üzvləri tərəfindən saxlanılıb.
Qaynarinfo axar.az-a istinadən xəbər verir ki, SEPAH-ın təhlükəsizlik bölümü əməkdaşları tərəfindən tutulan fəallar naməlum istiqamətə aparılıb, onların harada saxlandığı məlum deyil.
Saxlanılanlardan bir neçəsinin - Cavad Şokri (Duman), Məhəmməd və Rəsul Qövmzadə, 9 yaşlı Elman və bacısı Aysuda, Əhməd Nəsiri və iki azyaşlı qızı, Aydın Zakiri, Tohid Əmir Əmini və s. kimliyi müəyyən edilib.
Şərhlər