Sərhəd problemi: Azərbaycanla Ermənistanın əlində olan xəritələr niyə fərqlidir? (ŞƏRH)

Sərhəd problemi: Azərbaycanla Ermənistanın əlində olan xəritələr niyə fərqlidir? (ŞƏRH)

"Ermənilər özlərindəki xəritələrdə nəyisə dəyişsələr də, o xəritələrin SSRI dövründə Moskvada təsdiq olunmuş və hər iki tərəfə verilən variantı var. Verilən bu təsdiqlənmiş variant üzərində İrəvan hansısa saxtakarlığa gedibsə, bunun Azərbaycana heç bir dəxli yoxdur”.

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Cümşüd Nuriyev Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun Ermənistanla sərhəd məsələsinin həlli üçün səsləndirdiyi təklifi dəyərləndirərkən deyib. Politoloqun sözlərinə görə, yaranacaq fəaliyyət qrupunda hər iki tərəfdən Xarici İşlər Nazirliyi və İqtisadiyyat Nazirliyi nəzdində torpaq məsələsinə baxan nümayəndələr və hərbi topoqraflar iştirak etməlidir: 

"Azərbaycanla Ermənistan arasında sərhədin 398,7 kilometrlik hissəsi işğal altında olduğundan, həmin ərazilərdə heç bir sərhəd dəqiqləşməsi aparılmayıb. Dəqiqləşmənin aparılması üçün hər iki ölkə tərəfindən fəaliyyət qrupu yaradılmalıdır. Digər tərəfdən, topoqrafik xəritələr üzərində coğrafi uzunluq və enliyə görə demarkasiya aparılmalıdır. Azərbaycanla Ermənistan arasında sərhədlər hələ sovet dönəmindən dəqiq müəyyənləşdirilib.  Hər iki tərəf bu dəqiq sərhədləri qəbul edib. Ötən əsrin 70-ci illərində Heydər Əliyevin təkidilə sərhədlər bir daha tam olaraq dəqiqləşdirildi. Paşinyan bunu bilir və ona görə olduğu şəkildə onu qəbul edir”.   
 
 
 

C. Nuriyev bildirdi ki, müxtəlif narazılıqların olmaması üçün Ceyhun Bayramov sözügedən doğru təkliflə çıxış edib: 

"Ermənistanla Azərbaycan arasında sərhəddə delimitasiya olunacaq bir yer, mübahisəli ərazi yoxdur. Keçmiş Zəngəzurdakı Azərbaycana aid ərazilər də öz yerindədir. Sərhədçlərimizin burada hazırda durduğu ərazi Azərbaycanın ərazisidir”.  

Tərəflərdəki fərqli xəritələrin olmasına gəldikdə isə, həmsöhbətimiz qeyd etdi ki, buna Ermənistan gedib. Bu fərqlilik Ermənistanın işğal dönəmində bəzi xəritələri sonradan saxtalaşdırması nəticəsində yaranıb: 

"Azərbaycanda olan xəritələr isə dəqiqdir və sovet dönəmində tərtib edilən xəritələrlə eyniyyət təşkil edir. Buna görədir ki, Azərbaycanda olan topoqrafik xəritələrlə, Ermənistandakı sərhəd dəqiqləşdirmələri arasında fərqlilik yaranır. Əslində hərbi-topoqrafik xəritələrdə hər hansı dəyişiklik etmək mümkünsüzdür. Burada coğrafi enlik-uzunluq, dərəcə, dəqiqə və saniyə ilə göstərilir”. 

Rüfət Sultan
X
XƏBƏRLƏR
BLOGLAR