Xəbər lenti

Sərhəddə 3 cəsəd tapıldı, Ekvador Kolumbiyaya nota verdi
Dünya 12:52 24.06.2018

Sərhəddə 3 cəsəd tapıldı, Ekvador Kolumbiyaya nota verdi

Ekvador Xarici İşlər Nazirliyi sərhəd bölgəsində tapılan cəsədlərin edam edilən ekvadorlu jurnalistlərə aid olduğunu açıqlayan Kolumbiyanı məsələyə həsas yanaşmamaqda ittiham edib.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, Ekvador XİN bu məsələ ilə bağlı qonşu ölkəyə nota məktubu göndərib. Məktubda Kolumbiya Müdafiə Nazirliyinin rəsmi sosial şəbəkə hesabında cəsədlərin 99 faiz ehtimalla 2-sinin jurnalist, birinin də sürücü olan 3 ekvadorluya aid olduğunu açıqlaması tənqid edilib.

Tibbi ekspertizanın nəticələrini gözləmədən bu barədə açıqlama verilməsinə diqqət çəkilən notada prosesin bu şəkildə aparılmasının xüsusilə Beynəlxalq Qızılxaç Komitəsinin protokollarına zidd olduğu bildirilib.

Etiraz notasında sözügedən açıqlamanın qurbanların ailələrinə psixoloji zərər verdiyinə işarə edilib və hökumətin bu işdə məsul olan şəxslər barəsində tədbir görülməsi istənilib.

Qeyd edək ki, Kolumbiya Müdafiə Nazirliyi tapılan cəsədlərin diş nümunələri üzərində aparılan araşdırmaya əsasən 99 faiz ehtimalla qaçırılan ekvadorlulara aid olduğunu açıqlamış, lakin DNT analizlərinin davam etdirildiyi qeyd olunmuşdu.

Məlumat üçün bildirək ki, martın 26-da Ekvadorun "El Comercio" qəzetinin müxbiri Cavier Orteqa, fotoqrafı Raul Rivas və sürücüsü Efrain Saqqara Esmeraldas vilayətinin yaxınlığında keçmiş Kolumbiya İnqilabçı Silahlı Qüvvələrinin (FARC) sülh təklifini qəbul etməyən militanlar tərəfindən qaçırılmışdı. Militanlar Kolumbiya tərəfinə apardıqları əsirləri aprel ayının ortalarında edam etdiklərini açıqlamış və cəsədləri təhvil verməkdən imtina etmişdilər.

Bölgədə axtarışlar aparan Kolumbiya ordusu 2 gün öncə həmin şəxslərə aid olduğu düşünülən cəsədləri tapmış və ekspertiza üçün Cali şəhərinə aparılmışdı. Kolumbiyanın Ədliyyə Nazirliyiinin Tibbi Ekspertiza Mərkəzi gələn həftə nəticələri açıqlayacaq.
 
Çingiz Səfərli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->