Asif Nərimanlı

Blogger
Yazılar
53
Sərhəddə erməni diversiyasının artmasının hədəfi budur... (ŞƏRH)

Sərhəddə erməni diversiyasının artmasının hədəfi budur... (ŞƏRH)

Dünən Paşinyan Ermənistanda hərbi vəziyyətin tətbiq olunmasına ehtiyac olmadığını desə də, bu gün parlamentdə məsələ gündəmə gətirilib və sərhəddə vəziyyətin inkişafına uyğun qərarın verilə biləcəyi istisna edilmir.

Hərbi vəziyyət elan olunarsa, növbədənkənar parlament seçkiləri təxirə salına bilər. Bu, seçki ilə bağlı risklər fonunda Paşinyan hakimiyyətinə sərf edir.
1. Hakim komanda hökuməti təkbaşına formalaşdıracaq qədər səs toplamaya bilər;

2. Seçkidə qalib gəlsə də, növbəti günlərdə ciddi iğtişaşlar gözləniləndir;

3. Parlamentin formalaşması Rusiyanın istəyinə uyğun olmasa, hakimiyyətin devrilməsi üçün fərqli üsullar gündəmə gələ bilər: Koçaryanın daşnaklarla ittifaq qurması bu kontekstdə təsadüfi deyil.

Sərhəddə erməni diversiyasının artması və gərginliyin yüksəldilməsinin seçkiyə hesablanmış hədəflərindən biri budur və hərbi vəziyyətlə bağlı qərarın parlament müxalifətinin də dəstəyi ilə qəbul edilməsi ehtimalı alternativ variant kimi saxlanılır.

Asif Nərimanlı

OXŞAR XƏBƏRLƏR

X