Xəbər lenti

Serxio Ramos azarkeşlə mübahisə etdi (VİDEO)
İdman 11:23 05.01.2024

Serxio Ramos azarkeşlə mübahisə etdi (VİDEO)

"Sevilya"nın təcrübəli müdafiəçisi Serxio Ramos azarkeşlərlə mübahisə edib.

Qaynarinfo-nun məlumatına görə, bu İspaniya La Liqasının 19-cu turunda "Atletik"lə oyundan sonra baş verib. Matçın ardından DAZN telekanalına müsahibə verən Serxio Ramosun sözü kəsilib. O, isə əsəbiləşərək pərəstişkarlara "Söhbət edəcəyik, bir az hörmət göstərək! Hörmət göstər və sus!" - sözlərini deyib. Ramos müsahibəsini "Hər şeyə dözməlisən. İnsanların qəzəbini başa düşə bilərik" - ifadələri ilə bitirib.

Ramos hələ "Sevilya"ya transfer olunanda azarkeşlər narazılığını bildirmişdi. Onlar müdafiəçini xəyanətkar adlandırmışdı. 

"Sevilya" bu mövsüm üç məşqçi dəyişsə də işlər qaydasında getmir. Mövsümə Mendilibarla başlayan Əndəlus klubu daha sonra Dieqo Alonsonu, ardından Kike Sançez Floresi baş məşqçi postuna gətirib. Buna baxmayaraq ÇL-də cəmi iki xal toplayıb turnirlə vidalaşan komandada uğursuzluq davam edir. 

Hazırda 16-cı pillədə olan "Sevilya"nın cəmi 16 xalı var.
 


Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->