Səudiyyə Ərəbistanından olan İslam alimləri vəliəhd şahzadə Məhəmməd ibn Salmanın səlahiyyətlərinin əlindən alınmasını tələb edib.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, Səudiyyə Alimlər Heyətinin adı açıqlanmayan üzvləri ölkədə müxalif qüvvələrin həbsi və öldürülməsində vəliəhd şahzadəni ittiham edib. Alimlər həmçinin jurnalist Camal Qaşıqçının öldürülmsində Məhəmməd ibn Salmanı günahlandırır.
Qeyd edək ki, Qaşıqçı 2 oktyabrda Səudiyyənin İstanbulda yerləşən konsulluğunda itkin düşüb. Türkiyə polisi jurnalistin öldürüldüyünə və daha sonra hissələrə parçalandığına inanır.
Gülşən
Şərhlər