Səudiyyə Ərəbistanı OPEC+ ölkələrini neft müharibəsi ilə hədələdi

Səudiyyə Ərəbistanı OPEC+ ölkələrini neft müharibəsi ilə hədələdi

Səudiyyə Ərəbistanı OPEC+ razılaşmasının digər ölkələri öhdəliklərini yerinə yetirməyəcəyi təqdirdə, neft bazarında müharibə başlayacağı ilə hədələyib.

Qaynarinfo xəbər verir ki, bu haqda məlumatı "The Wall Street Journal” qəzeti yayıb.

Qeyd olunur ki, Krallığın Energetika Naziri Şahzadə Əbdüləziz bin Salman Anqola və Nigeriyadan yerinə yetirilməmiş öhdəliklərini kompensasiya etmək üçün əlavə endirim planlarını təqdim etmələrini tələb edib. Bundan əlavə, Səudiyyə Ərəbistanı Afrika ölkələrinin bazardakı mövqeyini pozmaq üçün nefti endirimli qiymətlərlə satmağa başlamağa hazırdır.

Xatırladaq ki, mart ayında OPEC+ iştirakçıları vahid razılığa gələ bilməməsindən sonra neftin qiyməti kəskin şəkildə aşağı düşüb. Lakin may ayında razılaşma tərəfləri neft hasilatının 2020-ci ilin sonunadək tədricən azaldılması barədə razılığa gələ biliblər.

Alpər
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR