Xəbər lenti

Səudiyyə şahzadələri azadlığa buraxıldı
Dünya 11:55 30.01.2018

Səudiyyə şahzadələri azadlığa buraxıldı

Yay aylarında Səudiyyə Ərəbistanında korrupsiya və rüşvətxorluq əleyhinə təşkil edilən əməliyyat nəticəsində həbs edilən şahzadə və dövlət şəxsləri azadlığa buraxılıb.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, 5 ulduzlu "Ritz Carlton" otelində saxlanılan 300 nəfər azadlığa çıxarılıb. Azadlığa buraxılanlar arasında Usama Bin Ladenin qardaşı Bəkr Bin Ladenin də olduğu bildirilir.

Ölkənin ən varlı şəxslərindən olan şahzadə Əl Valid İbin Təlal ötən günlərdə 5 ulduzlu həbsxanadan çıxmışdı.

Qeyd edək ki, vəliəhd Məhəmməd İbin Salman tərəfindən təşkil edilən əməliyyatda həbs edilənlər dövlətə böyük məbləğdə pul verməklə azadlığa çıxıblar.

Gülşən

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->