Xəbər lenti

Səudiyyə şahzadəsi Bezosun telefonunu hekləyib?
Dünya 18:46 22.01.2020

Səudiyyə şahzadəsi Bezosun telefonunu hekləyib?

Səudiyyə Ərəbistanı Vəliəhd şahzadə Məhəmməd ibn Salmanın Amazonun rəhbəri Ceff Bezosun telefonunu heklədiyi ilə bağlı iddiaları rədd edib.

Qaynarinfo xəbər verir ki, Səudiyyə Ərəbistanının ABŞ səfirliyi bu barədə Twitter hesabında məlumat paylaşıb. Məlumatda qeyd olunub ki, Ceff Bezosun telefonunun heklənməsinin arxasında krallığın olması ilə bağlı xəbərlər əsassızdır. Həqiqətin ortaya çıxarılması üçün bu iddialarla bağlı istintaq başladılmasına çağırış edirik.

Qeyd edək ki, "The Guardian" nəşri 2018-ci ilin 1 may tarixində Məhəmməd ibn Salmanın "WhatsApp" hesabından Bezosa spam video göndərilərək, telefondan böyük miqyasda məlumat endirildiyini iddia etmişdi.

Xəbərdə bu hadisədən 5 ay sonra Camal Qaşıqçının Səudiyyənin İstanbul konsulluğunda öldürüldüyünə və 9 ay sonra isə "National Enquirer" bulvar mətbuatında Bezosun şəxsi həyatı ilə bağlı xəbərlər yayılmağa başlandığına diqqət çəkilmişdi. Məqalədə həmçinin Məhəmməd ibn Salmanın "National Enquirer"in sahibi Devid Peker ilə yaxın əlaqələri olduğu qeyd edilmişdi.
 
Camal

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->