Həftə sonu Səudiyyə Ərəbistanının paytaxtı Riyada ballistik raket atan Yəmənə koalisiya qüvvələri bütün qapılarını bağlayıb.
"Qaynarinfo" xəbər verir ki, bu hadisədən sonra beynəlxalq yardım təşkilatları milyonlarla insanın aclıqla üz-üzə olduğu ölkəyə girişlərin dərhal açılmasını tələb etdi. Digər tərəfdən isə Səudiyyə bu ölkəyə növbəti hava hücumunu təşkil edib. Həccah vilayətinin Hiran kəndinə azı 16 bombalı hücum edilib. Nəticədə, azı 30 insan dünyasını dəyişib. Ölənlər arasında uşaqlar və qadınlar da var. Qurbanlardan 10-u bir ailədəndir.
Qeyd edək ki, Yəməndə 2014-cü ildən bəri siyasi qeyri-sabitlik hökm sürür. Hökümət qüvvələri və paytaxt daxil olmaqla, bəzi əraziləri əlində tutan Husilər arasında tez-tez qarşıdurma yaşanır. Səudiyyəyə raket hücumu təşkil edən qrup Husilər idi.
Gülşən
Qaynarinfo.Az
Şərhlər