Video 15:24 31.10.2019

Sevda Ələkbərzadə Akif İslamzadənin qarşısında diz çökdü (VİDEO)

Mərhum yazıçı-jurnalist Çingiz Ələkbərzadənin latın əlifbası ilə yenidən nəşr olunan "Zindan” kitabının təqdimat mərasimində maraqlı məqamlar yaşanıb.

Qaynarinfo baku.ws-ə istinadən xəbər verir ki, yazıçının qızı Əməkdar artist Sevda Ələkbərzadə "Ay Laçın” mahnısını ifa edərkən Akif İslamzadənin qarşısında diz çöküb.

Qeyd edək ki, Çingiz Ələkbərzadə Xalq yazıçısı Əbülhəsən Ələkbərzadənin oğludur. Sevilən sənətçilər Sevda və Elmira Ələkbərzadələr Çingiz Ələkbərzadənin qızlarıdır. "Zindan” kitabı yazıçının qızlarının təşəbbüsü ilə latın dilində nəşr olunub.