Xəbər lenti

Sevgidə həddindən artıq fədakarlığın 3 narahatedici əlaməti
Dünya 17:50 26.07.2025

Sevgidə həddindən artıq fədakarlığın 3 narahatedici əlaməti

Amerikalı psixoloq Mark Trevers sevgidə özünü həddindən artıq fəda etməyin üç əsas əlamətini açıqlayıb. 

Qaynarinfo-nun xəbərinə görə, o, "Forbes" üçün yazdığı məqalədə bildirir ki, bu hal – tərəfdaşlıq münasibətlərində özünü emosional, fiziki və psixoloji baxımdan davamlı olmayan şəkildə qurban vermə – sağlam münasibətlər üçün təhlükəli ola bilər.

Bu fədakarlıq təkcə vaxt və köməklə bağlı deyil. Treversin sözlərinə görə, insanlar çox zaman öz emosional enerjisini, diqqətini, qayğısını, bağışlamasını və sonsuz "ikinci şanslarını” münasibətə verirlər – bu isə şəxsi sərhədləri ciddi şəkildə pozur.

2014-cü ildə aparılmış araşdırma göstərib ki, tərəfdaşların öz səylərini necə qəbul etməsi – həm özlərininkini, həm də qarşı tərəfin – münasibətlərin keyfiyyəti və boşanma ehtimalı ilə birbaşa əlaqəlidir.

Psixoloqun fikrincə, sevgidə özünü çox verən insanların qarşılaşdığı bu 3 əsas əlamətə diqqət yetirmək lazımdır:

1. Münasibətdə inciklik və küskünlük hiss edirsiniz

2022-ci il araşdırmasına görə, insanlar tez-tez qarşı tərəfdən qarşılıq gözləmədən özlərini fəda edirlər. Bu, fədakarlığın hər zaman qarşılıqlı razılıq və ya razılaşdırılmış bir davranış olmadığını göstərir. İnsanlar sadəcə sevgidən bunu edirlər. Lakin bu fədakarlıqlar davamlı olaraq birtərəfli olur və qiymətləndirilmirsə, zamanla emosional yük yığılır və sevgi inciklik və küskünlüyə çevrilir.

2. Öz ehtiyaclarınızı ifadə edəndə günahkarlıq hiss edirsiniz

Münasibətdə daha çox verən insanlar adətən öz istəklərini nəzərə almırlar. Onlar "yox” demək istədikdə "bəli” deyirlər, başqalarının hisslərini öz hisslərindən üstün tuturlar. Bir çox insan sadəcə var olduğu üçün sevgiyə layiq olduğunu düşünmür və bunu fədakarlıq, yardım və uyğunlaşma ilə "qazanmaq” istədiyini hiss edir. 2016-cı il tədqiqatı göstərib ki, "şərti sevgi” – yəni yalnız gözləntiləri qarşıladıqda verilən sevgi – münasibətlərin aşağı məmnuniyyət səviyyəsi ilə bağlıdır. İnsanlar belə münasibətlərdə özlərini qəbul olunmamış hiss edir və sevgi uğrunda mübarizə aparırlar.

3. Davamlı şəkildə "kompensasiya etməyə” çalışırsınız

2025-ci ilin yeni araşdırmasına əsasən, romantik münasibətlərdəki əsas qorxulara aşağıdakılar daxildir: tərəfdaşın gözləntilərini qarşılamamaq, azadlığın itirilməsi, həssas və ya asılı hala düşmək qorxusu. Münasibətdə daha çox verən insanlar bu qorxuları geri çəkilməklə deyil, əksinə – həddən artıq aktivliklə reaksiya verirlər. Onlar hər şeyi öz üzərinə götürür, ikilikdə tək başına çalışır, hətta heç kim onlardan bunu istəməsə belə münasibəti davam etdirmək üçün çox çalışırlar.

Bu əlamətlər, münasibətlərdə emosional balansın pozulduğunu və fədakarlığın qarşılıqlı olmadığını göstərə bilər. Psixoloqlar belə hallarda şəxsi sərhədlərin yenidən qurulmasını, öz dəyərinin tanınmasını və sevgidə qarşılıqlılıq prinsipinə diqqət yetirilməsini tövsiyə edirlər.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->