Xəbər lenti

“Rusiyadan o qəzanın məsuliyyətini üzərinə götürməsini gözləyirik” - Prezidentin köməkçisi
Siyasət15:54 26.07.2025

“Rusiyadan o qəzanın məsuliyyətini üzərinə götürməsini gözləyirik” - Prezidentin köməkçisi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Azərbaycanla Rusiya arasında münasibətlərdəki bu vəziyyət AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə yaranıb”.
Qaynarinfo xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almaniyanın "Berliner Zeitung” nəşrinə müsahibəsində bildirib:
"Hadisə Rusiyanın ərazisində, Rusiyanın hava məkanında baş vermişdi və biz onun necə baş verdiyini bilirik. Bu, sirr deyil. Qonşu və tərəfdaş dövlət olan Azərbaycan Rusiyadan məsuliyyəti üzərinə götürməsini və bu məsələdə ədaləti təmin etməsini gözləyir”.