Xəbər lenti

Naxçıvanda 45 milyonluq yol təmiri – Təmir işlərini həyata keçirən şirkət kimindir?
Ölkə 17:05 26.07.2025

Naxçıvanda 45 milyonluq yol təmiri – Təmir işlərini həyata keçirən şirkət kimindir?

"Naxçıvan Yol Təchizat” MMC Şahbuz şəhəri, Babək rayonu, Culfa rayonu, Ordubad rayonu ərazisində yerləşən bəzi şəhər və kənddaxili avtomobil yollarının əsaslı təmir işlərinin satın alınması ilə bağlı tenderə yekun vurub. 

Qaynarinfo-nun məlumatına görə, tenderin qalibi "Elta Development” Qapalı Səhmdar Cəmiyyəti seçilib. 

Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 45 672 503,94 manat təşkil edir. 

"Elta Development” QSC 2020-ci ildə "ND Company” QSC kimi təsis edilib. Şirkət 2024-cü ildə rebrendinq edib. Bununla da "Elta Development” QSC-yə çevrilib.

Nizamnamə kapitalı 2000 manat olan şirkətin qanuni təmsilçisi Cəlilov Əsədulla Həsən oğludur. 

Açıq mənbələrdə Əsədulla Cəlilov haqqında heç bir məlumata rast gəlinmir. 

Mediada gedən məlumatlardan aydın olur ki, "Elta Development” QSC kommunikasiya xətlərinin çəkilişi ilə məşğuldur. 

Başqa bir maraqlı məqam isə ondan ibarətdir ki, Elta Development” QSC-nin bu tenderdə qalib seçilənə qədər 19 milyon manat vergi borcu olub. Bu barədə mediada də məlumat dərc edilib. Hazırda şirkətin vergi borcu yoxdur. Bir neçə gün ərzində borcun bağlanması bu tenderə görə ola bilər. Amma necə və hansı vəsait hesabına? Bu sualın cavabı açıq qalır. 
Tenderi keçirən "Naxçıvan Yol Təchizat” MMC –yə gəlincə, şirkət Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərir. 

Seyid


Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->