Tanınmış yazar Zahir Əzəmətin “Balaca adam” adlı kitabı işıq üzü görüb.
“Qanun” nəşriyyatında çap olunan kitabda müəllifin 2006-2009-cu illərdə “Alma” qəzetində yayımlanan publisistik yazıları toplanıb.
Kitab yazarın xanımı Sevinc Çılğının onun ad gününə hədiyyəsidir. Qeyd edək ki, sabah Zahir Əzəmətin 39 yaşı tamam olur. Toplunun redaktoru Şəmşad AĞA, tərtibatçısı isə Sevinc Çılğındır.
Sevinc Çılğın kitabla bağlı Qaynar.info-ya bunları deyib: "Zair bəyi təəccübləndirmək çətin məsələdir. Sevməyi və sevindirməyi ondan yaxşı bacaran yoxdu. Çox düşünəndən sonra yaxşı dostların dəstəyi ilə bu kitabı yayımladıq. Zahir bəy sevindi. O SEVİNCLİDİRSƏ, demək mutluyum, arkadaşlar)))".
Kitab haqqında resenziyanı sizə təqdim edirik: “Azərbaycan demokratiyaya doğru daha bir addım atdı” - hər beş ildən bir ölkəmizdə keçirilən seçkilərə sivil dünyanın verdiyi bu soyuqqanlı qiymət məzələnməkdən başqa bir şey deyil. Nə uzaqmış bu demokratiya? Beş ildən bir atdığımız tək addımla, ümumiyyətlə, nə zamansa o «uzaq yaşıl ada»ya qovuşa biləcəyikmi? Buna bir insan ömrü yetərlidirmi?
Bütün emosiyaları bir kənara qoyub, suallarıma cavab tapmaq üçün adi bir hesablama apardım. Nəticələr gözlənilməz oldu.
Qaynar.info
Şərhlər