Səxavət Məmmədovun Ağdamdakı məzarı (VİDEO)

Səxavət Məmmədovun Ağdamdakı məzarı (VİDEO)

Azərbaycanın mərhum xənandəsi Səxavət Məmmədovun Ağdamdakı məzarı ziyarət edilib.

Qaynarinfo xəbər verir ki, bunu əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb.

Qeyd edək ki, Səxavət Məmmədov 1991-ci ildə avtomobil qəzası nəticəsində dünyasını dəyişib. Onun qəbri üstünə qoyulmaq üçün Bakıda sifariş edilən məzar daşı kənddə gedən gərgin döyüşlər səbəbindən ünvanına çatdırıla bilməyib. Daha sonra ifaçının doğulduğu Abdal Gülablı kənd işğal olunub. Səxavət Məmmədovun üzərində şəkli, doğum və ölüm tarixi həkk olunmuş başdaşı Bakıdakı evinin həyətində qalıb.

Səxavət Məmmədov bir gün yuxuda görübmüş ki, Abdal-Gülablıdakı evlərinin həyətində çadır qurulub, qarşıda da qəbiristanlıq görünür. Kənddəki evləri qəbiristanlığın yaxınlığında idi. Yuxudan durub və deyib: "Mən öləcəm”. Bu yuxudan bir ay sonra vəfat edib.

Xatırladaq ki, Səxavət Məmmədov muğam ustası Firuz Səxavətin böyük qardaşıdır.

  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR