Xəbər lenti

Seymur Baycandan qısa hekayə
Seymur Baycan
Sənət 14:15 24.09.2016

Seymur Baycandan qısa hekayə

Seymur Baycan yazır..

Havalar birdən, bir günün içində soyudu. Adamlar buna sevindi. İstidən yorulmuşdular, dəyişiklik istəyirdilər. Payız paltarları üçün darıxmışdılar. Səhər evdən çıxanda gördüm arvadlı-kişili  hamı pencək, plaş, gödəkçə geyinib. Bir-birlərini süzüb geyim zövqlərinə qiymət verirdilər. "Texniki Universitet” metrostansiyasina düşdüm. Platformada bir qız dayanmışdı. Təkcə o geyimini dəyişməmişdi. Dünənki geyimində qalmışdı. Köhnə sızanaqların yeri görünən  qolları çılpaq idi. Dünənə qədər budları, qolları, sinəsi açıq gəzən qadınların arasında ona diqqət göstərən olmamışdı. Amansız rəqabətdə özünü heç cürə baxışlara tuş edə bilməmişdi. Bu gün isə kişilər onun qollarına baxırdılar.

Qaynarinfo.Az

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->