Səudiyyə Ərəbistanı yeni növ koronavirus pandemiyası səbəbindən bu il həcc ziyarətinə yalnız ölkə daxilindən zəvvarların qəbul ediləcəyini açıqlayıb.
Qaynarinfo xəbər verir ki, ölkənin Xəstəliklərdən Mühafizə və Mübarizə Mərkəzi ziyarət zamanı riayət olunmalı olan qaydalar barədə protokol yayımlayıb. Protokolda ibadətgahlara icazəsiz daxil olmamaq, ibadət zamanı maska taxılması və s. bu kimi yerinə yetirilməli olan tədbirlər yer alıb.
Həmçinin şeytan daşlama ayini zamanı istifadə olunan çınqılların əvvəlcədən dezinfeksiya edilərək, paketlər halında zəvvarlara paylanılacağı qeyd olunub.
Zəvvarların azı yarım və ya bir metr sosial məsafə qaydasına riayət etmələri üçün yerdə xüsusi xətlər çəkiləcəyi bildirilib.
Camal
Şərhlər