Xəbər lenti

Şeyxin qızı Kərəm Həsənova qarşı - Məhkəmə
Ölkə 10:34 10.06.2014

Şeyxin qızı Kərəm Həsənova qarşı - Məhkəmə


Qafqaz Müsəlmanları Ruhani İdarəçinin rəhbəri Şeyx Hacı Allahşükür Paşazadənin qızı, deputat Qalib Salahzadənin isə gəlini olan Xatirə Salahzadə Kərəm Həsənovun sədri olduğu Əmlak Məsələləri Dövlət Komitəsini məhkəməyə  verib.

Qaynar.info mia.az-a istinadla xəbər verir ki, Xatirə Allahşükür qızı Salahzadə Bakı Şəhər İcra Hakimiyyəti ilə birgə rəsmi iddiaçı qismində çıxış edərək, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsini məhkəməyə verib. Maraqlı burasıdır ki, Şeyxin qızı və deputatın gəlini Hacıbala Abutalıbovun başçısı olduğu şəhər icra hakimiyyəti ilə birgə başda Kərəm Həsənovun sədri olduğu Əmlak Məsələləri Dövlət Komitəsi olmaqla, iddia etdiyi mübahisəli torpaq sahəsində fərdi yaşayış evləri tikmiş Seymur İsrafil oğlu Quliyev, Məcid Əliyev, həmçinin tanınmış nüfuzlu şəxslərdən birinə bağlı olan  "İnşaat Servisez” MMC-yə qarşı da iddia qaldırıb.

Şeyxin qızı Xatirə Salahzadə komitənin müvafiq idarəsi tərəfindən üçüncü şəxs qismində adları çəkilən fiziki və hüquqi şəxslərin adına verilmiş torpaq sahəsi və yaşayış evlərinə dair mülkiyyət hüquqlarının qeydiyyatı sənədlərinin ləğv edilməsini tələb edir. Artıq Şeyxin qızının iddia ərizəsinə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəmədə baxılıb. Lakin burada iddia mübahisəsinə son qoyulmayıb. Ona görə də 2-1(103)-933/2014 saylı iş üzər apellyasiya şikayəti verilib.

Məlumata görə, şikayət Bakı Apellyasiya Məhkəməsində icraata qəbul olunub. Şeyxin qızı Xatirə Salahzadə ilə Bakı Şəhər İcra Hakimiyyətinin şikayətçi olduğu iş sözügedən məhkəmədə hakim Mirzə Tağızadənin sədrliyi ilə icraata qəbul edilib və araşdırılır.

Hakim iş üzrə iyunun 11-nə iclas saatı müəyyən edib.

Mülk davasının məğzinə gəldikdə isə, mia.az xəbər verir ki, xeyli müddətdir Qalib Salahzadəylə adıçəkilənlər arasında belə bir problem yaşanır.

Mübahisəli ərazi Bilgəh qəsəbəsində, A.Salahzadə küçəsi, döngə 21-də yerləşir. Həmin ünvanda cavabdehlərdən Seymur Quliyev ikimərtəbəli şəxsi ev tikib. Amma hələ ötən il deputat Qalib Salahzadə yaxın ətrafı ilə həmin evi sökdürüb. Seymur Quliyev isə mülkünün tam qanuni olduğunu bildirir və əlində bütün sənədlərin, o cümlədən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsini İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinin olduğunu deyir.

Məhkəmədə adı fiziki şəxslərlə birgə adı üçüncü şəxs qismində cavabdeh göstərilən "İnşaat Servisez” MMC-nin isə "PAŞA Holding” MMC-nin törəmə şirkəti olan "PAŞA İnşaat” MMC-yə bağlı olan podratçı şirkətlərindən biri olduğu bildirilir.

Qaynar.info
 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->