Ədliyyə Nazirliyi "İmprotex Motors” şirkəti ilə satınalma müqaviləsi imzalayıb.
Qaynarinfo xəbər verir ki, müqavilədə 3 ədəd "BMW” markalı avtomobil üçün servis xidmətlərin satın alınması nəzərdə tutulur.
Müqavilənin maliyyə dəyəri 13 551,59 manatdır.
Satınalma proseduru birmənbə metodu ilə həyata keçirilib.
"İmprotex Motors" şirkəti 1998-ci ildə yaradılıb. Bu barədə şirkətin saytında qeyd olunub.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, şirkətin nizamnamə kapitalı 5325 manatdır. Hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, 20 Yanvar küçəsi, ev 33-də yerləşir.
"İmprotex Motors”un qanuni təmsilçisi isə Ələkbərov Füzuli Həsən oğludur.
Şirkət premium avtomobillərin satışını həyata keçirir və servis xidməti göstərir.
Füzuli Ələkbərova gəlincə, o, 2006-2013-cü illərdə əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsində işləyib.
Keçmiş nazir 1991-ci ildə "İmprotex" şirkətini təsis edib.
Daha sonra şirkət holdinqə çevrilib və "İmprotex Group" adı altında fəaliyyət göstərib. "İmprotex Motors" MMC də "İmprotex Group" MMC-yə daxildir.
Seyid
Şərhlər