Foto 13:00 01.06.2019

"Söhbət var" adlı konsert proqramı keçirildi (FOTOLAR)

Ötən gün Heydər Əliyev sarayında uzun müddətdir anonsları gedən məşhur "Söhbət var" adlı konsert proqramı baş tutub.

Qaynarinfo xəbər verir ki, gecədə əməkdar artist Dilarə Əliyevanın aparıcılığı ilə bir sıra gənc aktyorların və müğənnilərin iştirakı əsasında səhnə əsəri, daha sonra isə konsert proqramı təqdim olunub.

Sənətsevərlərin, müğənnilərin, media nümayəndələrinin və tamaşaçıların qatıldığı gecə gur alqışlarla tamamlanıb. (redaktor.az)