Çində böyük bir ərzaq qalmaqalının qarşısı alınıb.
Polis tərəfindən saxlanılan şəbəkənin üzvləri siçovul ətini quzu əti kimi insanlara satırmış. Çin İctimai Təhlükəsizlik nazirliyinin yaydığı məlumata görə, 3 aydır davam edən əməliyyat nəticəsində bu əti qeyri-qanuni yollarla bazara çıxaran 904 nəfər saxlanılıb. Məlumata görə, şəbəkə üzvləri siçovul əti ilə yanaşı başqa ölmüş heyvanların ətini də satdıqları ətə qarışdırırmışlar.
Şəbəkənin siçovul əti ticarətindən 1.6 milyard dollar gəlir əldə etdiyi bildirilib.
Xatırladaq ki, ərzaq təhlükəsizliyi Çinin ən böyük problemlərindən biridir.(anspress.com)
Şərhlər