Şimali Kiprdə azərbaycanlı rəssamın fərdi sərgisi təşkil edilib (FOTOLAR)

Şimali Kiprdə azərbaycanlı rəssamın fərdi sərgisi təşkil edilib (FOTOLAR)

Dekabrın 11-dən 20-dək Şimali Kipr Türk Respublikasının Yaxın Şərq Universitetində azərbaycanlı rəssam Ramina Səadətxanın fərdi sərgisi təşkil edilib. 

Qaynarinfo xəbər verir ki, Ramina Səadətxanın sərgisi Şimali kiprli iş adamı və mesenat, Yaxın Şərq Universitetinin təsisçisi və rektoru Suat Günselin təşəbbüsü ilə keçirilib. Sərgidə sənətçinin 40 gün ərzində Şimali Kiprin paytaxtı Lefkoşada çəkdiyi 21 əsəri nümayiş olunub.

Sərginin açılışında Şimali Kipr Türk Respublikasının iqtisadiyyat və enerji naziri Hasan Taçoy, Suat Günsel də iştiak ediblər. 

Ramina Səadətxan nümayiş olunan əsərlərə görə Universitetin rəhbərliyi tərəfindən "Gümüş açar” fəxri mükafatına layiq görülüb. 

Qeyd edək ki, R. Səadətxanın sərgisi xüsusi olaraq Şimali Kİpr Modern Sənət  Muzeyi üçün nəzərdə tutulub. Həmyerlimizdən başqa, sözügedən muzey üçün Türkiyə və Qazaxıstan rəssamlarının  əsərlərindən ibarət sərgilər də təşkil edilib. 
Blogum-Qaynar
XƏBƏRLƏR
BLOGLAR