Şimali Koreya diplomatı ailəsi ilə birlikdə Cənubi Koreyaya qaçdı

Şimali Koreya diplomatı ailəsi ilə birlikdə Cənubi Koreyaya qaçdı

KXDR-in Küveytdəki diplomatik nümayəndəliyinin rəhbəri vəzifəsini icra edən diplomat Ryu Hen U ailəsi ilə birlikdə Cənubi Koreyaya qaçıb.

Qaynarinfo xəbər verir ki, bu haqda məlumatı "Yenhap” agentliyi məlumatlı bir mənbəyə istinadən yayıb.

Bununla belə, mənbə qaçışın nə vaxt baş verdiyini dəqiqləşdirməyib. Agentlik diplomatın 2019-cu ildə İtaliyada işləyən KXDR diplomatının oxşar hərəkətindən sonra mühacirət edə biləcəyi fikrini irəli sürür.

Agentlik onu da qeyd edir ki, bəzi KİV-lərdə yer alan məlumatlara görə, Ryu Hen Unun Koreya Əmək Partiyası Mərkəzi Komitəsinin 39-cu bürosunun KXDR liderlərinin gizli fondundan məsul olan keçmiş sədrinin kürəkənidir.
 
Alpər
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR