Xəbər lenti

Dünya 11:42 26.03.2020

Şimali Koreya koronavirus üçün xarici ölkələrdən kömək istədi

Pxenyan ölkənin koronavirus üçün müayinələri genişləndirmək üçün digər ölkələrdən kömək istəyib. 

Qaynarinfo "Financial Times" qəzetinə istinadən xəbər verir ki, Şimali Koreya hakimiyyəti son həftələr ərzində "beynəlxalq təmaslar"ı xeyli artırıb.

Hazırda Şimali Koreyada yalnız 590 nəfər COVID-19 sınağından keçib. Hamısı yanvar ayında ölkəyə xaricdən qayıdanlardır. Onların test nəticələri mənfi olub.

Bununla yanaşı, Şimali Koreya səlahiyyətlilərinin koronavirus test dəstləri bəs etmir.

Hazırda ölkədə 10 minə yaxın insan karantindədir.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->