Dünya 15:00 03.12.2019

Şimali Koreya ABŞ-ı hədələdi: "Milad hədiyyənizi özünüz seçin"

"ABŞ nüvə sazişi ilə bağlı real həll yolları təqdim etmək yerinə, vaxt qazanmaq üçün müzakirə təkliflərini təkrarlayır".

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, bunu Koreya Xalq Demokratik Respublikasının xarici işlər nazirinin müavini Ri Zae Sonq deyib. O, Vaşinqtonu Şimali Koreya üçün əhəmiyyətli dönüş olmasa, danışıqları dayandırılacaqları ilə hədələyib.

"ABŞ-ın müzakirə çağırışları Koreya Xalq Demokratik Respublikasını dialoqa bağlı saxlamaq üçün oynanılan axmaq oyundan başqa bir şey deyil. Bundan ABŞ-dakı seçkilər və siyasi vəziyyətin lehinə istifadə edilir. Artıq hansı Milad hədiyyəsini seçəcəyi tamamilə ABŞ-ın ixtiyarına qalıb".

Nazir müavini nüvə sazişi məsələsində ortaq şəkildə qəbul edilə biləcək şərtlər təklif etməsi üçün ABŞ-a il onuna qədər vaxt verdiklərini də deyib. Bildirib ki, Vaşinqton yenə sanksiya və təzyiqlə hədələsə, yeni bir yol axtaracaqlar.

Qeyd edək ki, ABŞ-la Şimali Koreya arasındakı nüvə müzakirələri fevral ayından bəri uzanır.
 
Camal