Şimali Koreyanın parlament sədri Kim Yonq-nam Cənubi Koreyada keçiriləcək "PyeongChang" Qış Olimpiya oyunlarında iştirak edəcək komandaya rəhbərlik edəcək.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, 22 nəfərlik qrupa rəhbərlik edəcək parlament sədrinin səfəri son illərdə Cənubi Koreyaya ediləcək ən yüksək səviyyəli ziyarət hesab edilir. Ötən həftə Şimali Koreyadan 8 nəfərlik qrup Cənuba gedərək Olimpiya Oyunları üçün nəzərdə tutulan hotel və yarış meydançalarını nəzərdən keçirib.
İki ölkə nümayəndələri 20 yanvarda Olimpiya məsələsində razılaşma əldə etmiş və Şimalla Cənubun eyni bayraq altında yerimələri qərarlaşdırılmışdı.
Gülşən
Şərhlər