Şimali Makedoniyada prezident seçkiləri start götürüb.
Qaynarinfo xəbər verir ki, seçkidə prezidentlik uğrunda 3 namizəd - Stevo Pendarovski, Qordano Silyanovska Davkova və Blerim Reka mübarizə aparır. Namizədlərdən heç birinin ilk turda üstünlük qazanacağı gözlənilmir. Pendarovski 28,8%, Davkova 26,8%, Rekanın isə 7% səs toplaması proqnozlaşdırılır.
Seçkinin 2-ci turu 5 mayda baş tutacaq.
Qeyd edək ki, Şimali Makedoniyada 2 milyondan çox əhalinin səsvermə hüququ var.
Gülşən
Şərhlər