Xəbər lenti

Siyənək yırtıcıya çevrilir: Alimlər Baltikdə inanılmaz təkamül sıçrayışını elan etdi
Dünya 22:35 24.12.2024

Siyənək yırtıcıya çevrilir: Alimlər Baltikdə inanılmaz təkamül sıçrayışını elan etdi

Baltik dənizində alimlər tərəfindən yeni bir siyənək populyasiyası aşkar edilib. Bu siyənəklər adi növlərdən fərqli olaraq planktonla deyil, digər balıqlarla qidalanır. 

Qaynarinfo xəbər verir ki, bu gözlənilməz təkamül addımı haqqında məlumat "Nature Communications" jurnalında dərc olunub.

Genetik fərqlilik

Adətən Atlantik və Baltik siyənəkləri planktonla qidalanır və bu səbəbdən Şimal Atlantikası və Baltik dənizi ekosistemlərində vacib rol oynayır. Lakin İsveçin Uppsala Universitetindən alimlər tərəfindən aparılan tədqiqat nəticəsində yeni bir növün ortaya çıxdığı məlum olub. Bu növ genetik olaraq fərqli xüsusiyyətlərə malikdir və yırtıcı həyat tərzi sürərək əsasən digər balıqları ovlayır.

Tədqiqatın rəhbəri professor Leyf Anderson bildirir ki, İsveçli balıqçının verdiyi məlumat bu tədqiqatın əsasını təşkil edib. O qeyd edib ki, İsveç sahillərinə yaxın ərazidə adi Baltik siyənəyindən xeyli böyük bir növ mövcuddur və bu siyənək illərdir eyni yerdə yumurta qoyur. Professor Andersonun sözlərinə görə, bu növ yüzlərlə, hətta minlərlə il ərzində Baltik dənizində təkamül edib.

Tədqiqat nəticələri

Alimlər bu yeni siyənək növündə bəzi fərqli xüsusiyyətlər müəyyən ediblər. Belə ki, adi siyənəklərin zədələnmiş qəlsəmələri onların plankton deyil, daha böyük balıqlarla qidalandığını göstərib. Şübhələr həmin siyənəklərin mədə tərkibində tapılmış xırda balıq qalıqları ilə təsdiqlənib. Xüsusilə, bu siyənəklərin kolyuçkalı balıqlarla qidalandığı ehtimal edilir.

Yeni növün digər fərqli cəhəti onun yüksək yağ tərkibi və aşağı dioksin səviyyəsidir. Alimlərin fikrincə, bu, siyənəklərin balıqla qidalanmağa keçməsinin birbaşa nəticəsidir. Bundan əlavə, bu növün böyümə tempi adi növlərlə müqayisədə xeyli sürətlidir.

İki ayrı populyasiya

Genetik analizlər göstərib ki, Baltik dənizində ən azı iki ayrı yırtıcı siyənək subpopulyasiyası mövcuddur: biri Stokholmun şimalında, digəri isə cənubunda yerləşir. Əsas diqqətçəkən məqam Atlantik okeanında bu cür yırtıcı siyənək növünün mövcud olmamasıdır. Bu isə həmin növün yalnız Baltik dənizində yaranmasını və qısa müddətdə təkamül etməsini göstərir.

Professor Anderson hesab edir ki, bu növün yaranmasına səbəb Baltik dənizində digər yırtıcı balıqların - məsələn, skumbriya və tuna balığının olmamasıdır. Bununla əlaqədar, siyənəklər dənizdə az istifadə olunan bir qida resursundan yararlanaraq yırtıcı həyat tərzi qəbul edib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->