"Dilin tədrisi ilə bağlı bütün məsuliyyət müəllimin üzərinə düşür".
Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisdə "Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər" adlı konfransda Elm və təhsil naziri Emin Əmrullayev deyib:
"Nazirlik tərəfindən sertifikasiyaların həyata keçirilməsi nəticəsində öz ixtisasını bilməyənlərin əmək müqaviləsinə xitam verilib. Çünki bu gün ibtidai sinif müəllimi həm də Azərbaycan dilini tədris edir. Ona görə də dillə bağlı tədrisə daha çox önəm verilir".
Nazir bildirib ki Azərbaycan dilinin müasir məzmunda çatdırılması ilə bağlı vacib istiqamətlər var:
"Əsas məqsəd dilin tədrisinin düzgün şəkildə çatdırılmasıdır. Sözsüz burada da şagirdlərin yüklənməsininin qarşısının alınması üçün də alətlər mövcuddur. Çünki biz 6 yaşlı uşaqdan Azərbaycan dilində daha yaxşı danışmaq və oxumağı tələb edə bilmərik. Buna baxmayaraq nazirlik olaraq biz dilin tədrisinin daha da genişlənməsi üçün dərs saatlarının artırılması ilə bağlı proqramlar müəyyənləşib".
Qafqaz Rafiqoğlu
Şərhlər