Xəbər lenti

Robert Fiko üç güllə yarası alıb, vəziyyəti ağırdır (YENİLƏNİB/VİDEO)
Dünya 17:43 15.05.2024

Robert Fiko üç güllə yarası alıb, vəziyyəti ağırdır (YENİLƏNİB/VİDEO)

Slovakiya baş naziri Robert Fiko sui-qəsd nəticəsində döş qəfəsi və qarın nahiyəsindən üç güllə yarası alıb.

Qaynarinfo xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Baş nazirin vəziyyətinin ağır olduğu bildirilir.
 
17.16

Slovakiya hökumətinin səyyar iclasının keçirildiyi binanın qarşısında atışma olub.

Qaynarinfo xəbər verir ki, bu barədə Slovakiya mediası məlumat yayıb.

Hadisə Handlovej şəhərində baş verib.

İlkin məlumatlara görə, Baş nazir Robert Fiko yaralanıb, o, xəstəxanaya aparılıb.

Hadisəni törədən şəxs saxlanılıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->