Mahir Emreli "Dinamo"dan (Zaqreb) ayrıla bilər.
Bu barədə offsideplus.az məlumat yayıb.
Bildirilib ki, hücumçu iki klubla danışıq aparır. Təkliflərdən biri Azərbaycandan, digəri ölkə xaricindəndir.
Sayt məlumatı dəqiqləşdirmək üçün futbolçunun anası Elnurə Emreli ilə əlaqə saxlayıb.
Elnurə Emreli bildirib ki, Mahir indi millinin yoxlama oyunlarına hazırlaşır:
"Fikri ancaq yığmadadır. Unutmayaq ki, "Dinamo" ilə davam edən müqaviləsi var. Hələ transfer dönəmi başlamayıb. Bu gün onun keçidi ilə bağlı dəqiq məlumat yoxdur".
Şərhlər