Xəbər lenti

Qoyun əti bahalaşa bilər (SƏBƏB)
Ekonomiks 08:44 29.05.2024

Qoyun əti bahalaşa bilər (SƏBƏB)

Rusiyanın Samara şəhərində xırdabuynuzlu heyvalar arasında yayılan brusellyoz xəstəliyi ilə əlaqədar bölgədə karantin tətbiq edilib. Bununla əlaqədar xəstə heyvanların müalicəsi, kəsilməsi və sağılması qadağan olunub. Ekspertlər hesab edirlər ki, ölkəmiz ət istehlakı baxımından idxaldan asılıdır. Gürcüstan bazarına tətbiq olunan məhdudiyyətdən sonra Rusiya bazarında yarana biləcək problem də qoyun əti məhsullarının qiymətində artım yarada bilər. Yəni Azərbaycana idxal olunan qoyun ətinin qiyməti bahalaşa bilər.

Bəs Rusiyadan gətirilən ətlər harada istifadə olunur?

Xezerxeber.az-ın məlumatına görə, xırdabuynuzlu heyvanların sayındakı azalma daxili tələbatı idxaldan asılı hala salır.

Bu heyvanların da idxalda böyük hissəsi Rusiya və Gürcüstanın payına düşür. Mütəxəssislər bildiriblər ki, xaricdən gətirilən ət məhsulları əsasən kolbasa, sosiska və konservləşdirilmiş qidalarda, bəzi restoran və yemək hazırlayıb çatdıran şirkətlərdə istifadə olunur. Buna səbəb isə xərclərin aşağı salınması, eləcə də əhaliyə ucuz və keyfiyyətli məhsulların təqdim edilməsidir.

Rusiya mətbuatında yer alan məlumatlara görə isə, xırdabuynuzlu heyvanlar arasında brusellyoz xəstəliyi böyük sürətlə yayıldığından regionda karantin elan edilib. Xəstə heyvanların müalicəsi, keçi və qoyunların sağılması qadağan edilib.

İqtisadçı-ekspert Xalid Kərimli bildirib ki, Gürcüstan bazarından sonra Rusiya bazarına da məhdudiyyət qoyularsa, bu ölkədən gətirilən ətdən hazırlanan məhsulların qiymətinin yüksəlmə ehtimalı var. Bu artım isə əsasən restoranlarda və konservləşdirilmiş məhsullarda hiss oluna bilər.

Ekspert bildirib ki, son dövrlər qoyun ətinin qiymətində davamlı artımlar müşahidə olunur. Bunun səbəbi isə saxlanılan qoyunların azalması, həm də fermerlərin üzləşdiyi müəyyən çətinliklərdir.

Ətraflı süjetdə:

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->