Dünya 16:33 17.09.2019

Snouden Trampın “aqressivliyini” şərh etdi: “Təmənnasız sevgi...”

Amerika Birləşmiş Ştatları Milli Təhlükəsizlik Agentliyinin keçmiş əməkdaşı Edvard Snouden dövlət başçısı Donald Trampın insanları məmnun etməyə can atdığını, ancaq özünü aqresasiv apardığını deyib.

Qaynarinfo MK.ru-ya istinadən xəbər verir ki, ABŞ xüsusi xidmət orqanının keçmiş agenti bu haqda MSNBC telekanalına danışıb.

Onun sözlərinə görə, Tramp sərt və aqressiv ifadələr işlədir, bununla belə, adamların rəğbətini qazanacağına ümid edir.

"Prezident Tramp məni daha çox heç vaxt təmənnasız sevgi görməmiş adam kimi təəccübləndirir. O, yalnız insanları sevindirməyə çalışır. Təəssüf ki, bu, çox mənfi nəticələrə səbəb olur”, - Snouden deyib.

Alpər