Dünya 17:53 01.07.2020

Sobçak Kadırovun “Putini əbədi prezident etmək” çağırışını lağa qoydu

Televiziya aparıcısı və bloqqer Kseniya Sobçak Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırovun Vladimir Putinin Rusiyanın daimi prezidenti olmasına dair açıqlamasına münasibət bildirib. 

Qaynarinfo xəbər verir ki, bu haqda o, özünün "Qanlı xanım" Teleqram kanalında yazıb.

O, Kadırovun da iştirak etdiyi iclasın videosunu yayımladıyıb, bu videoda respublika başçısı bildirib ki, bu gün Rusiyada Putini dövlət başçısı kimi əvəz edə biləcək "dünya miqyaslı belə bir siyasi lider yoxdur". Sobçakın sözlərinə görə, Çeçenistan liderinin belə pafoslu ifadəsindən sonra ruslar Konstitusiyaya dəyişikliklərlə bağlı səsverməyə getməyə məcburdurlar.

"Hə, bundan sonra səs verməməyə getmə, görüm necə getmirsən!" - Sobçak yazıb.

Bundan başqa teleaparıcı, Çeçenistan hökumətinin iclas formatını "Dom-2” teleşousunun əsas toplantısıyla müqayisə edib.

Qeyd edək ki, Kadırovun fikrini şərh edən Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov diplomatik olaraq ona "ömürlük prezident" vəzifəsinin Rusiya Federasiyasının Konstitusiyasında nəzərdə tutulmadığını xatırladıb.