SOCAR prezidenti Heydər Əliyev adına Neft Emalı Zavodunda oldu (FOTOLAR)

SOCAR prezidenti Heydər Əliyev adına Neft Emalı Zavodunda oldu (FOTOLAR)

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev və şirkətin rəhbər heyəti SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda (NEZ) olub, koronavirus pandemiyasının əməkdaşlara yarada biləcəyi təhlükənin qarşısını almaq məqsədilə aparılan profilaktik tədbirlərlə yerində tanış olub.

Qaynarinfo xəbər verir ki, şirkətin rəhbəri ölkəmizin həyat təminatlı obyektlərindən biri olan H.Əliyev adına NEZ-in fasiləsiz işinin etibarlı təminatının təmin olunması üçün görülən qabaqlayıcı tədbirlərlə tanış olub və görülmüş tədbirlərdən razı qaldığını bildirib.

Qeyd edək ki, şirkətin istehsalat sahələrində və inzibati binaların giriş hissələrində daxil olan şəxslərin hərarəti ölçülür, ilkin həkim müayinəsi üçün şərait yaradılıb. SOCAR-ın digər istehsalat müəssisələrində olduğu kimi, Heydər Əliyev adına Neft Emalı Zavodunda da mütəmadi dezinfeksiya işləri aparılır, işçilərin bir-biri ilə təması məhdudlaşdırılır. İşçilərin gigiyenik davranış qaydalarına əməl etmələri üçün maarifləndirici materiallar hazırlanmış və işçilər arasında, eləcə də onların ailə üzvləri arasında yayılması üçün tədbirlər görülüb.

Nazirlər Kabinetinin yanında fəaliyyət göstərən Operativ Qərargahın yaydığı məlumatda qeyd olunduğu kimi, bir çox digər qurumlarla yanaşı, SOCAR-ın müəyyən olunmuş işçiləri, xüsusi ilə də rəhbər işçiləri Novruz bayramındakı bütün qeyri-iş günlərində tam iş günü ərzində işlərə cəlb edilmişdir. Beləliklə, bayram günlərində də şirkət üzrə epidemiyanın yayılmasına qarşı görülən tədbirlərə nəzarət təmin olunub.
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR