Dünya 10:17 14.02.2020

Son 141 ilin ən isti yanvar ayı bu il oldu

141 ildir qeydiyyatı aparılan iqlim məlumatlarına görə, quruda və dənizdə 20-ci əsrin ortalama temperatoru 12 dərəcə idisə, bu ilin yanvarında 1,4 dərəcə artıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Milli Okean və Atmosfer Administrasiyası açıqlama yayıb. Müşahidələr onu göstərir ki, ard-arda 44-cü ildir ki, yanvar ayında temperatur yüksəlir. Bu, dünyanın getdikcə isinməsinə işarədir.

Yer üzündə temperatur ən çox Rusiya, Skandinaviya və Kanadanın şərq bölgələrində yüksəlib. Buralarda yanvar ayında istilik orta temperaturdan 5 dərəcə artıq olub.

Mütəxəssislər statistik məlumatlara əsasən bildirirlər ki, 2020 qeydiyyatı aparılmış ən isti 5 ildən biri ola bilər.

Camal