Xəbər lenti

Son durum: Paşinyanın taleyi xalqın reaksiyasından asılıdır - Politoloq
Siyasət 14:59 25.02.2021

Son durum: Paşinyanın taleyi xalqın reaksiyasından asılıdır - Politoloq

"Baş Qərargah rəisinin Baş naziri istefaya çağırması hərbi çevriliş cəhdidir və tamamilə  antikonistitusion tələbdir”.

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Şahin Cəfərli Ermənistanın Baş naziri Nikol Paşinyanın xalqı "Respublika” meydanına səsləməsini şərh edərkən deyib. Politoloq vurğulayıb ki, hadisələrin sonrakı inkişafı erməni xalqının prosesə reaksiyasından asılı olacaq:

"Paşinyan da onlara cavab olaraq xalqdan dəstək istəyib və öz tərəfdarlarını meydana çağırıb. Əgər xalq Paşinyanın müraciətinə adekvat reaksiya versə, onu dəstəkləmək üçün meydanlara çıxsa, onda Paşinyan öz  hakimiyyətini qoruya biləcək. Əks təqdirdə xalqdan dəstək almasa, Paşinyanın hakimiyyətdə qalmaq şansı yoxdur. Çünki Paşinyanın əlindəki yeganə resurs bu günə kimi məhz xalqın dəstəyi idi. Yəni, ən kritik məqamlarda Paşinyan xalqdan dəstək istəyərək problemləri həll eləməyə çalışırdı".

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan onun istefasını tələb edən ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Onik Qasparyanı vəzifəsindən azad edib. Baş Qərargahın bəyanatının hərbi çevrilişə cəhd olduğunu bildirən Baş nazir "Bütün tərəfdarlarımızı elə indi "Respublika” meydanına çağırıram. Yaxın vaxtlarda birbaşa efirdə müraciətlə çıxış edəcəyəm”, - deyə bildirib.
 
Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->