Xəbər lenti

Ölkə 14:25 04.03.2020

SRTİB-nin sədri: "Ordumuzun sosial təminatı yüksəkdir"

"Mən o vaxt cəbhə bölgəsindən döndükdən dərhal sonra gördüklərim haqqında yazmışdım. Ordumuzda formalaşan uğurlu döyüş taktikası, yaranan ruh yüksəkliyi müşahidə etdiyimiz güclü nizam-intizamın, hərtərəfli təminatın bəhrəsi idi".

Bunu Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Bəydəmirli Ordu.az-a açıqlamasında deyib.

O bildirib ki, əsgərlərlə görüşərkən hərbi hissələrdəki nizam-intizamın, əsgərə olan doğma münasibətin şahidi olub:

"Ordumuzun sosial təminatı yüksəkdir. Bu fikri təsdiqləyəcək kifayət qədər faktlar var. Bir faktı qeyd etmək istəyirəm. Biz bir qrup qeyri-hökümət təşkilatı (QHT) və media təmsilçisi olaraq cəbhə bölgələrində əsgərlərimizlə görüşərkən hərbi hissələrdə mövcud nizam-intizamın, əsgərlərin müəyyən normala uyğun təminatının, ən əsası, əsgərə olan doğma münasibətin şahidi olduq. Mən o vaxt cəbhə bölgəsindən döndükdən dərhal sonra gördüklərim haqqında yazmışdım. Ordumuzda formalaşan uğurlu döyüş taktikası, yaranan ruh yüksəkliyi müşahidə etdiyimiz güclü nizam-intizamın, hərtərəfli təminatın bəhrəsi idi. Bu gün həmin təminat daha da yaxşı vəziyyətə yüksəlib”.

Azərbaycan Silahlı Qüvvələrində tabor komandiri olmuş Camal Əhmədov deyib ki, hazırda nəvəsi əsgərdir və bütün növ təminatlarla təmin olunur:

"Mən 1994-cü ilin avqust ayından ordu sıralarından ehtiyata buraxılmışam və hazırda mülki vətəndaşam. Ancaq hazırda Dövlət Sərhəd Xidməti qoşunlarında həqiqi hərbi xidmət edən əsgər nəvəm var. Onların bütün növ əsgəri normalar təminatı yaxşıdır”.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?