Xəbər lenti

SSRİ-dən qaçan keçmiş KQB mayoru ABŞ-da öldü
Dünya 10:14 06.12.2019

SSRİ-dən qaçan keçmiş KQB mayoru ABŞ-da öldü

Ölkədən ABŞ-a qaçan SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin keçmiş əməkdaşı Viktor Şeymov 74 yaşında vəfat edib. 

Qaynarinfo "Vaşinqton Post”a istinadla xəbər verir ki, Şeymov oktyabrın 18-də Virciniya ştatının Vyana şəhərində dünyasını dəyişib. 

Qəzet xatırladıb ki, şifrələmə, rabitə və texniki təhlükəsizliklə məşğul olan KQB-nin Səkkizinci baş idarəsinin işçisi 1980-ci ildə ailəsi ilə birlikdə CİA agentləri tərəfindən ölkədən çıxarılıb. 

Həyat yoldaşı Viktor Şeymovun ölümü barədə məlumatı təsdiqləyib.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->