"Çin koronavirusun genetikasını tez deşifrə edib dünya ilə paylaşdı. Bu, vacibdir. Çünki laboratoriyalar bundan istifadə edərək diaqnoz qoymaq üçün lazım olan şeyləri təkmilləşdirirlər. İndiyədək bəzi ölkələrdə laboratoriyalar bundan istifadə edərək diaqnoz qoyulmasını inkişaf etdirib”.
Bunu APA-ya açıqlamasında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.
O bildirib ki, Azərbaycanın Səhiyyə Nazirliyi bu testlərdən almaq üçün müraciət edib: "Problem ondadır ki, bu testlərdən dünyada azdır və ya satış üçün yoxdur. Çox az saydadır, çünki yeni yaradılmağa başlanılıb. Dünən ÜST bir laboratoriya ilə danışıb. Ölkələrə paylamaq üçün müəyyən miqdarda testlər alıb. Amma bunlar ilk olaraq xəstəliyin geniş yayıldığı Çin və ətrafındakı ölkələrə paylanılacaq. Əsas olan Azərbaycan Səhiyyə Nazirliyinin bu testləri indidən sifariş verməsidir. Testlərin ölkəyə nə vaxt gələcəyini tam olaraq demək mümkün deyil. ÜST olaraq kömək etməyə çalışırıq ki, tez bir zamanda bu testlər ölkəyə gəlsin”.
Şərhlər