ÜST: Azərbaycana 432 min doza “AstraZeneca”peyvəndi ayrılıb

ÜST: Azərbaycana 432 min doza “AstraZeneca”peyvəndi ayrılıb

Azərbaycana COVID-19 əleyhinə 432 min doza "AstraZeneca” peyvəndi alacaq.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regionu üzrə ofisinin rəhbəri Hans Kluqenin mətbuat brifinqində APA-nın sualına cavab olaraq bildirilib.

ÜST-ün regional məsləhətçisi Siddhartha Datta deyib ki, artıq "AstraZeneca” peyvəndi Azərbaycana ayrılıb və bununla bağlı martın 2-də COVAX məlumat yayıb.

"Azərbaycan 432 min doza "AstraZeneca” peyvəndini qəbul edəcək. Bununla bağlı artıq qeyd etdiyim ki, məlumat yayılıb və bu ölkə peyvəndi tezliklə alacaq”, - deyə o qeyd edib. 

ÜST nümayəndəsinin sözlərinə görə, peyvəndin ayrılması və tədarükü, peyvəndin çatdırılması müvafiq şəkildə tənzimlənir.

O əlavə edib ki, digər vacib məqam COVAX-da iştirak edən ölkələrin iqtisadiyyatı ilə bağlıdır: "Ölkələrin hər birinin iqtisadi durumu fərqlidir. Peyvəndlərin ayrılması və ədalətli bölüşdürülməsi ilə bağlı proses davam edir”.

"Pfizer-BionTech" peyvəndi ilə bağlı S.Datta bildirib ki, Azərbaycan bu vaksinə də marağını ifadə edib: "Lakin bildiyiniz kimi, bu peyvəndin müəyyən limiti var. "Pfizer”in öhdəlik və tələbləri Azərbaycanın bu peyvəndi qəbul edən 18 ölkənin siyahısına daxil edilməsinə imkan verməyib”. //Oxu.az
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR