Xəbər lenti

ÜST Covid-pasportların tətbiqini məsləhət görmür
Dünya 20:44 03.03.2021

ÜST Covid-pasportların tətbiqini məsləhət görmür

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hələlik ölkələrə COVİD-19 peyvəndi üçün pasport tətbiq edilməsini məsləhət görmür.

"Qafqazinfo” "RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ÜST-ün Rusiyadakı nümayəndəsi Melita Vuynoviç deyib.

"ÜST hazırda bu cür pasportların verilməsini tövsiyə etmir. Ancaq əlbəttə, hər ölkənin öz yolu var və hamısı əhalinin daha böyük fəaliyyətinə icazə verməyə çalışır. ÜST belə bir pasportun verilməsində maraqlı olan bütün ölkələrlə müəyyən nöqtədə əməkdaşlıq edəcək”, - deyə Vuynoviç bildirib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->