Ölkə 13:43 24.06.2021

ÜST nə üçün uşaqların vaksinasiyasını zəruri saydı?

"Dünya Səhiyyə Təşkilatının əslində uşaqların vaksinasiya olunması ilə bağlı qərarı təsadüf deyil”.

Bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla Ümumdünya Səhiyyə Təşkilatının uşaqların koronavirusdan peyvənd olunması ilə bağlı qərarını şərh edərkən deyib. Professorun fikrincə, buna nə qədər tez nail olsaq, bir o qədər də virusun mutasiyasının qarşısını ala və proseslə vidalaşa bilərik: 
 
 

"Virusun mutasiyaya uğramaqda davam etməsi, tədricən təhlükəli ştamların meydana gəlməsi yəqin ki, əhalinin bütün təbəqələrinin, o cümlədən uşaqların da vaksinasiyasını zəruri edir və həmin qərar da buna əsaslanır. Uşaqların vaksinasiya olunması zərurəti buna bağlıdır. Hesab edirəm ki, vaksinasiya, xəstələnən insanların sayı ilə kollektiv immunitetə nail ola bilərik. Əsas hədəf və məqsəd də budur”.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilk dəfə uşaqların koronavirusdan peyvənd olunması zəruriliyini etiraf edib. Sənədə əsasən uşaqlar COVID-19 riski olan qrupda deyilsə, peyvənd kampaniyası tədricən olmalıdır. 

Bahar Rüstəmli