Dünya COVID-19 pandemiyasının yeni təhlükəli mərhələsinə qədəm qoyub.
Qaynarinfo xəbər verir ki, bu barədə Cenevrədə brifinq zamanı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.
Təşkilat rəhbəri ötən gün 150 mindən artıq yeni yoluxma halı barədə məlumat aldıqlarını dilə gətirib: "Bunların yarısı Şimali və Cənubi Amerikanın payına düşür. Həmçinin Cənubi Asiya və Yaxın Şərqdən də xeyli sayda yoluxanın olduğu bildirilib”.
"Artıq dünya yeni və çox təhlükəli mərhələyə qədəm qoyub. Virus sürətlə yayılır və hələ də öldürücüdür, çoxlu sayda insan həssas vəziyyətdədir”, - ÜST rəhbəri vurğulayıb.
Şərhlər