Xəbər lenti

Stalinin ermənilərə saxta vətən yaradan 1947-ci il qərarı (SƏNƏD)
Siyasət 13:20 21.10.2020

Stalinin ermənilərə saxta vətən yaradan 1947-ci il qərarı (SƏNƏD)

SSRİ Nazirlər Sovetinin sədri və Sov.İKP Mərkəzi Komitəsinin katibi İosif Stalinin imzaladığı qərardan sonra minlərlə soydaşımız öz dədə-baba yurdları olan indiki Ermənistan ərazisindən Azərbaycan SSRİ-nin Kür-Araz ovalığına köçürülüb.

1947-ci ildə imzalanmış həmin qərarı olduğu kimi dərc etməklə tarixi həqiqətlərin təkrarən yada salınmasını vacib hesab edirik. Beləliklə, sözügedən qərarla tanış olaq.



SSRİ Nazirlər Soveti
Qərar nömrə 4083
23 dekabr 1947-ci il. Moskva, Kreml.

Kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında

SSRİ Nazirlər Soveti qərara alır:

1. 1948-50-ci illərdə Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına könüllülük əsasında 100 min kolxozçu və digər azərbaycanlı əhali, onlardan: 10 min nəfər 1948-ci ildə, 40 min nəfər 1949-cu ildə və 50 min nəfər 1950-ci ildə köçürülsün.

11. Ermənistan SSR Nazirlər Sovetinə, azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi ilə əlaqədar olaraq, onların azad olunmuş tikililərindən və yaşayış evlərindən Ermənistan SSR-yə gələn xarici ölkələrin ermənilərinin yerləşdirilməsi üçün istifadə etməsinə icazə verilsin.

SSRİ Nazirlər Sovetinin sədri İosif Stalin.
SSRİ Nazirlər Sovetinin İşlər müdiri Yakov Çadayev.

Mənbə: Sfera.az

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->